Yoxsul insanlar

Yoxsul İnsanlar
rus. Бедные люди
"Yoxsul insanlar" əsərinin ilk nəşrinin üz qabığı
"Yoxsul insanlar" əsərinin ilk nəşrinin üz qabığı
Janr epistolyar roman
Müəllif Fyodr Dostoyevski
Orijinal dili Rus dili
Yazılma ili 1844-1845
Nəşr ili 1846
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yoxsul insanlar (rus. Бе́дные лю́ди) — Fyodor Mixayloviç Dostoyevskinin ilk romanı. Dostoyevski əsəri 1844-1845 -ci illər ərzində doqquz aya yazmışdır. Yazıçı həmin dövrdə maddi cəhətdən sıxıntı çəkirdi. Buna səbəb isə onun israfçı həyat tərzi və qumar asılılığı idi. Buna baxmayaraq, Dostoyevski bəzi xarici, kiçik əsərləri tərcümə etməklə pul qazanırdı. Daha sonra Dostoyevski qərara gəlir ki, öz əsərini yazsın. Əsər Dostoyevskinin gözlədiyindən də çox şöhrət qazanır. Müasir tənqidçilər əsərdə humanizm mövzusunun olduğunu qeyd edirlər. Tənqidçi Belinski əsəri ilk rus "ictimai romanı" adlandırır. Aleksandr Qertsen isə əsəri "sosialist əsəri" adlandırır. "Yoxsul insanlar" ilk dəfə "Sankt-Peterburq jurnalı"nda yanvarın 15-i 1846-cı ildə çap olunur.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy